Türkiyədə 20 yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

Türkiyədə 20 yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib
# 20 yanvar 2016 17:10 (UTC +04:00)

Bakı-APA. 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə bağlı Azərbaycanın Türkiyədəki səfirliyində anım tədbiri təşkil olunub.

Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə səfirliyin əməkdaşları, tanınmış ictimai siyasi xadimlər, elm və incəsənət adamları, müəllim kollektivi, ictimaiyyət, diaspor və KİV nümayəndələri ilə yanaşı, Ankarada təhsil alan tələbə və müdavimlərimiz iştirak edib.

Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və iki qardaş ölkə himnlərinin oxunması ilə başlamış, ilk olaraq iştirakçılara qanlı yanvar hadisələri ilə bağlı müfəssəl sənədli film nümayiş etdirilib.

Ardından Azərbaycan Respublikasının Türkiyədəki Fövqəladə və Səlahiyyətli səfiri Faiq Bağırov, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Nəcdət Ünüvar, Ədalət və İnkişaf Partiyası İğdır millət vəkili Nurettin Aras, Azərbaycan diasporu adından Rahilə Şükürova, tələbə və kursant nümayəndələrimiz həyata keçirdikləri çıxışlarda 1990-cı ilin yanvar hadisələri ilə bağlı fikirlərini auditoriya ilə bölüşüblər. Xalqımızın yaddaşına Qara Yanvar gecəsi kimi həkk olunmuş 20 Yanvarın həm şəhidlərimizin anım günü, həmdə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birlik, fəxr və şərəf günü olduğunu qeyd edən Səfir Faiq Bağırov, 20 yanvar 1990-cı il tarixində öz konstitusion hüquqlarının bərqərar olunmasını tələb edən dinc əhalinin qətlə yetirildiyini, lakin bu hadisənin xalqımızın iradəsini qıra bilmədiyini və bu azadlıq mübarizəsinin 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini yenidən əldə etməsi ilə nəticələndiyini vurğulayıb. Səfir Faiq Bağırov, o dövrdə faciə ilə bağlı ən sərt bəyanatı Ulu Öndər Heydər Əliyevin verdiyini və Onun 20 Yanvar faciəsində insanlığa qarşı törədilən qırğınlara siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etdiyini və Ulu Öndərimizin təşəbbüsü ilə 1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin 20 Yanvar tarixini Ümumxalq Hüzn günü elan etdiyini qeyd edib.

Daha sonra tədbir iştirakçıları qanlı yanvar hadisələri ilə bağlı təşkil olunmuş sərgi ilə tanış olublar. Sonda iştirakçılara "İrs-Miras" jurnalı və 20 yanvar faciəsi ilə bağlı materiallar təqdim olunub.

Qeyd edək ki, Türkiyənin nüfuzlu Yeniçağ, Milliyet və Daily Sabah qəzetlərində səfir Faiq Bağırovun 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə bağlı müfəssəl məqalələri və müsahibəsi dərc olunub. Müsahibə və məqalələr tərkibində 1990-cı ilin 20 yanvarı Azərbaycan üçün qanlı faciə olmaqla yanaşı, xalqımızın tarixində şərəf səhifəsi olduğu, ərazisini erməni təcavüzündən qorumaq və azadlığı uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqının həmin gecə totalitar sovet rejimi tərəfindən amansız qətliama məruz qaldığı və 20 Yanvar hadisələri ərəfəsində sovet rejimi rəhbərliyinin qərarı ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməniləri dəstəkləyən xüsusi idarəetmə tətbiq edildiyi qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR