Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub

Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
# 29 mart 2024 11:16 (UTC +04:00)

Təkrar gəlirlər balansı mütəmadi olaraq profisitlidir.

APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov keçirdiyi brifinqdə deyib.

O bildirib ki, 2023-cü ildə ölkəyə daxil olan pul baratlarının həcmi 1,7 mlrd. dollar təşkil edib. Bununla belə, pul baratlarının həcmi əvvəlki ilə nisbətən 64% azalıb.

“2022-ci ildə Rusiya-Ukrayna münaqişəsilə bağlı xüsusilə də Rusiyadan Azərbaycana yüksək həcmdə pul baratları daxil olurdu. İndi həmin pul baratları azalıb. Bu isə ümumi həcmə təsir edib” - AMB rəsmisi bildirib.

Samir Nəsirov həmçinin, Azərbaycandan xaricə göndərilən pul baratlarının da azaldığını qeyd edib: “ 2022-ci ildə xaricə 665 milyon dollar həcmində pul baratı göndərilibsə, ötən il bu rəqəm 550 milyon dollar təşkil edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR