“Paşa Həyat Sığorta”nın aktivləri 700 mln. manatı ötüb - Xalis mənfəəti 59% artıb

“Paşa Həyat Sığorta”nın aktivləri 700 mln. manatı ötüb  - Xalis mənfəəti 59% artıb
# 01 aprel 2024 16:37 (UTC +04:00)

“Paşa Həyat Sığorta” 2023-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” sığorta şirkətinin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il "Paşa Həyat Sığorta"nın xalis mənfəəti əvvəlki illə müqayisədə 58.9% artaraq 62 milyon 488 min manat təşkil edib. Şirkət 2022-ci ili 39 milyon 527 min manat xalis mənfəətlə bağlamışdı.

Hesabat dövründə, “Paşa Həyat Sığorta”nın əsas əməliyyat gəlirləri 25.3% və ya 104.6 milyon manat artaraq 518 milyon 184.8 min manata bərabər olub. 2022-ci ildə bu rəqəm 413 milyon 576 min manat təşkil edib. Bu dövrdə şirkət xalis sığorta ehtiyatları hesabını 138 milyon 810.7 min manat artırıb. 2022-ci ildə isə bu ehtiyatları 113 milyon 448,2 min manat artırmışdı.

Sığorta şirkətinin investisiya gəlirləri 33 milyon 152.9 min manat təşkil edib ki, bu da bir il əvvələ nisbətən 34.8% və ya 8 milyon 564.1 min manat çoxdur. Bu dövrdə, “Paşa Həyat Sığorta”nın sair gəlirləri isə 4 dəfə azalaraq 27.1 min manata enib. Nəticədə, şirkətin cəmi gəlirləri 412 milyon 554.1 min manata bərabər olub ki, bu da 2022-ci illə nisbətən 27% çoxdur.

Ötən il sığorta şirkətinin əsas əməliyyat xərcləri bir il əvvələ nisbətən 23.9% artaraq 283 milyon 634.4 min manata, işlərin aparılması xərcləri 12% artaraq 49 milyon 121 min manata yüksəlib, sair xərclər isə 53.3% azalaraq 222,1 min manata enib. Ümumilikdə isə sığorta şirkətinin cəmi xərcləri bir əvvələ nisbətən 21.8% artaraq 332 milyon 977,7 min manat təşkil edib.

2023-cü ildə “Paşa Həyat Sığorta”nın maliyyə mənfəəti 54.4% artaraq 79 milyon 576.5 min manata yüksəlib.

2024-cü ilin yanvarın 1-nə “Paşa Həyat Sığorta”nın cəmi aktivləri 28% artaraq 707 milyon 489.4 min manata, cəmi öhdəlikləri 26% artaraq 595 milyon 655 min manata, cəmi kapitalı isə 40.2% artaraq 111 milyon 834.4 min manata yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR