PAŞA Sığorta fərdi könüllü tibbi sığorta məhsullarına endirim kampaniyası başlayıb

PAŞA Sığorta fərdi könüllü tibbi sığorta məhsullarına endirim kampaniyası başlayıb
# 27 oktyabr 2023 11:36 (UTC +04:00)

PAŞA Sığorta şirkəti bu dəfə fərdi könüllü tibbi sığorta məhsulları üzrə endirim kampaniyası elan edir.

APA-Economics” xəbər verir ki, 8 noyabr tarixinədək davam edəcək kampaniya çərçivəsində sorğuda iştirak edən şəxslər bütün fərdi könüllü tibbi sığorta məhsullarına 10 % xüsusi endirim qazanacaq. Sorğuda iştirak etmək və endirim qazanmaq üçün linkə keçid edin: bit.ly/PI-KRG

Qeyd edək ki, fərdi könüllü tibbi sığortaya “SağlamSən”, “Ailə Dostu” və “Kompakt” məhsulları aiddir.

Kampaniya yalnız 25.10.2021-ci il tarixindən etibarən “PAŞA Sığortadan” fərdi KTS şəhadətnaməsi əldə etməmiş, sığortalı və ya sığorta olunan kimi qeyd olunmamış şəxslərə şamil olunur. Və endirimdən sorğunu tamamlayan müştərinin yalnız özü yararlana bilər.

Sağlamlıq sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün PAŞA Sığortanın ofislərinə yaxınlaşa, *7000- Sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, PAŞA Sığorta şirkətinin rəsmi Facebook (https://www.facebook.com/pasha.insurance/ ) və ya Instagram (https://www.instagram.com/pasha_insurance/ ) sosial media hesablarına yazaraq müraciətinizi bildirə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 00-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta və yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR