Paşa Sığorta “Tam kasko əldə et, endirim və ya hədiyyə qazan” adlı kampaniyaya start verir

Paşa Sığorta “Tam kasko əldə et, endirim və ya hədiyyə qazan” adlı kampaniyaya start verir
# 19 fevral 2024 17:09 (UTC +04:00)

PAŞA Sığorta şirkəti könüllü avtomobil sığortası (KASKO) məhsulu üzrə “Tam KASKO əldə et,endirim və ya hədiyyə qazan” adlı yeni kampaniyasını elan edib.

PAŞA Sığortadan TAM KASKO könüllü avtomobil sığortası əldə edəcək müştərilər şirkətin təqdim etdiyi mövsümün son fürsətindən faydalanaraq, yanacaq doldurma məntəqəsindən, alış – veriş mərkəzindən hədiyyə kartı və ya xüsusi endirim imkanı əldə edəcəklər.

Kampaniya 500 AZN və daha yüksək məbləğli yeni və ya tarifə yükləmə edilməyən yeniləmə Tam Kasko fərdi müştərilərinə şamil ediləcək

Beləliklə, 500 AZN və daha yüksək məbləğdə TAM KASKO sığortası əldə edən fərdi müştərilər, PAŞA Sığortadan 100 AZN nominallı hədiyyə kartı və ya 100 AZN dəyərində endirim, sığorta haqqı 2500 AZN-dən yüksək olan müştərilər isə 200 AZN nominallı hədiyyə kartı və ya 200 AZN dəyərində endirimdən yaralana biləcəklər.

Kampaniyadan yararlanmaq, həmçinin məhsul barədə ətraflı məlumat üçün *7000 - Sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya https://cutt.ly/0wBjVYdr keçidi ilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, avtomobilin marka/modeli, istehsal tarixi, təqribi bazar dəyəri, əlaqə nömrəsi kimi məlumatları, həmçinin şəxsiyyət vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsinin şəklini mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook (https://www.facebook.com/pasha.insurance/)və ya Instagram ( PAŞA Sığorta (@pasha_insurance) | Instagram ) səhifəsinə göndərərək KASKO sığortası üçün müraciət edə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR