"Rabitəbank"da yeni təyinat olub

"Rabitəbank"da yeni təyinat olub
# 09 avqust 2023 16:43 (UTC +04:00)

“Rabitəbank” ASC-də Biznes Bankçılığı Departamentinin direktor müavini vəzifəsinə yeni təyinat olub.

Bu barədə "APA-Economics"ə bankdan bildirilib.

Məlumata görə, Məhəddin Muradov “Rabitəbank” ASC-nin Biznes Bankçılığı Departamentində direktor müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Məhəddin Muradov Azərbaycan Dövlət İqtisad Universitetində Menecment ixtisası üzrə təhsil alıb. M.Məhəddin daha öncə "Rabitəbank"ın Biznes Bankçılığı Departamentində şöbə rəisi vəzifəsində fəaliyyət göstərib.

"Rabitəbank" ASC Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR