"Qəbələ” Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda qələbə qazanıb

"Qəbələ” Avropa Liqasının pley-off mərhələsinin  ilk oyununda qələbə qazanıb
# 18 avqust 2016 20:51 (UTC +04:00)

Bakı-APA. Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk görüşləri keçirilir.

Apasport.az saytının məlumatına görə, “Qəbələ” klubu qrup mərhələsinə gedən yoldakı son maneəni dəf etmək üçün Bakının “Dalğa Arena” stadionunda Sloveniyanın “Maribor” klubu ilə ilk qarşılaşmasına çıxıb.

Roman Qriqorçukun yetirmələri ötənilki uğuru təkrarlayıb. “Qırmızı-qaralar” pley-off mərhələsinin ilk oyununda rəqibi üzərində üzərində 3:1 hesabı ilə qələbə qazanıb.

Oyunda qolları Zenyov, Dabo və Tavares vurub.

Oyunu baş hakim Aleksey Kulbakov idarə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR