Şəhid övladları üçün həyata keçirilən “Onlar bizə əmanətdir” layihəsi davam edir

Şəhid övladları üçün həyata keçirilən “Onlar bizə əmanətdir” layihəsi davam edir
# 30 dekabr 2023 16:00 (UTC +04:00)

Xeyirxah əməllərlə vətəndaşlarımızın yanında olan, minlərlə insana maddi və mənəvi dəstək göstərən Qırmızı Ürəklər Fondunun təşəbbüsü ilə “Onlar bizə əmanətdir” layihəsi davam edir. Layihənin məqsədi Azərbaycanın bütövlüyü uğrunda canından keçən şəhid övladlarına mənəvi dəstək göstərmək, onlara cəmiyyətin diqqət və qayğısını hiss etdirməkdir. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində həyata keçirilən layihə bu dəfə “Kapital Bank”, “Bestcomp Group”, “PASHA Pay”, “PAŞA Sığorta”, “PASHA Investments”, “PAŞA Technology”, “PASHA Life” və “PAŞA Bank”ın dəstəyi ilə baş tutdu.

Layihə çərçivəsində “Azərpoçt”un dəstəyi ilə 16 yaşadək olan 1796 nəfər şəhid övladına bayram hədiyyələri təqdim ediləcək. Paytaxt Bakı ilə yanaşı, ölkənin regionlarını da əhatə edən layihədə fondun könüllüləri iştirak edir, siyahıların hazırlanmasında isə yerli icra hakimiyyəti orqanları dəstək olub.

“Red Hearts” - Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR