Türkiyə Suriyada ordudan istifadəyə dair mandatı uzadıb

Türkiyə Suriyada ordudan istifadəyə dair mandatı uzadıb
# 01 oktyabr 2016 18:38 (UTC +04:00)

Bakı-APA. Türkiyə parlamenti İraq və Suriyada Silahlı Qüvvələrdən istifadəyə dair mandatın müddətini daha 13 ay uzadıb.

APA-nın xəbərinə görə, icazənin uzadılması məsələsinə bu gün parlamentin payız sessiyasının birinci iclasında baxılıb.

Qeyd edək ki, Türkiyə parlamenti 2014-cü ilin oktyabrında ölkə hüdudlarından kənarda Silahlı Qüvvələrdən istifadə etməyə bir illik icazə verib. Ötən ilin oktyabrında mandatın müddəti daha bir il uzadılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR