AMB yüksək reytinqli banklarda yerləşdirdiyi vəsaiti açıqlayıb

AMB yüksək reytinqli banklarda yerləşdirdiyi vəsaiti açıqlayıb
# 04 may 2017 15:06 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən qeyri-rezident banklarda yerləşdirilmiş vəsaitlərin həcmi açıqlanıb.


"APA-Economics" AMB-nin 2016-cı il üzrə audit hesabatına istinadən xəbər verir ki, tənzimləyici qeyri-rezident banklarda 4 mlrd. 482,716 mln. manat vəsait yerləşdirib. Bu, 2015-ci il ilə müqayisədə 579,093 mln. manat və ya 11,44% azdır.

Hesabata nəzər salanda məlum olur ki, AMB reytinqi "AAA" səviyyəsində olan qeyri-rezident banklarda 394 mln. 333 min, reytinqi "AA-" səviyyəsindən "AA+" səviyyəsinədək olan qeyri-rezident banklarda 3 mlrd. 998,911 mln. manat, reytinqi "BBB-" səviyyəsindən "BBB+" səviyyəsinədək olan qeyri-rezident banklarda 89,472 mln. manat vəsait yerləşdirib.

AMB hesabat ilində reytinqi "AAA" səviyyəsində olan qeyri-rezident banklarda 354,140 mln. manat, reytinqi "A-" səviyyəsindən "A+" səviyyəsinədək olan qeyri-rezident banklarda 708,333 mln. manat qısamüddətli depozit yerləşdirib.

 

Bu ilin yanvarın 1-nə AMB-nin cəmi pul vəsaitləri və onların ekvivalentləri 5 mlrd. 885 mln. 213 min manat təşkil edib.

Hesabatda qeyd olunub ki, AMB-nin cəmi pul vəsaitləri və onların ekvivalentlərinin heç biri dəyərsizləşməyib və vaxtı keçməyib.

 

Qeyd edək ki, audit hesabatı "PricewaterhouseCoopers Azerbaijan" şirkəti tərəfindən aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR