Manatın xarici valyutalara qarşı məzənnəsi açıqlanıb

Manatın xarici valyutalara qarşı məzənnəsi açıqlanıb
# 02 noyabr 2016 06:29 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 1-i ilə müqayisədə 0,67% artaraq 1,6490 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,64% möhkəmlənərək 1,8254 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl noyabrın 1-i ilə müqayisədə 0,77% möhkəmlənərək 0,0261 manat səviyyəsinə yüksəlib.

Türkiyə lirəsinin məzənnəsi isə dəyişməyərək 0,5288 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0186 manatdır. Beləliklə, funt sterlinq 0,76%-lik artım nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,37% möhkəmlənərək 0,6865 manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR