Valyuta hərracında bankların dollar tələbi yenidən 100 mln. dolları üstələyib

Valyuta hərracında bankların dollar tələbi yenidən 100 mln. dolları üstələyib
# 20 fevral 2024 12:25 (UTC +04:00)

20 fevral 2024-cü il tarixində Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.

APA-Economics” AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 102.6 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Qeyd edək ki, bu göstərici ötən hərracdan 1.3% azdır. Belə ki, 15 fevralda keçirilən valyuta hərracında banklar 103.9 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR