Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda dəm qazı daha bir nəfərin həyatına son qoyub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə fevralın 24-də Beyləqan şəhərində qeydə alınıb. Şəhər sakini Elşən Nəsirov evində dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.