“AFB Bank” nizamnamə kapitalını 10 mln. manat artırıb

“AFB Bank” nizamnamə kapitalını 10 mln. manat artırıb
# 18 iyul 2014 13:28 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. 2014-cü ilin II rübündə “AFB Bank” ASC-nin aktivlərinin həcmi 273,691 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 22,93% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə hesabat dövründə bankın kredit portfeli 27,72% artaraq 200,306 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 38,092 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin iyul ayının 1-nə olan göstəriciyə nisbətən 35,51% çoxdur.

İpoteka kreditlərinin həcmi 15,979 mln. manat təşkil edib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 2,81 dəfə çoxdur və kreditlərin 15,201 mln. manatı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür .

Bu ilin 6 ayında bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 41,54% azalaraq 8,822 mln. manat olub.

Ötən ilin 6 ayı ilə müqayisədə bu ilin birinci yarısında bankın depozit portfeli 1,62% azalaraq 69,098 mln. manat olub. Bu ilin iyulun 1-nə əhalinin əmanətlərinin həcmi isə 5,472 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 8,18% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 30,93% artaraq 64,642 mln. manata, nizamnamə kapitalı isə 23,62% artaraq, 52,347 mln. manata çatıb.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 20,83% artaraq 13,291 mln. manat, xərcləri isə 26,94% artaraq 9,819 mln. manata çatıb.

Cari ilin ilk altı ayı ərzində bankın əldə etdiyi mənfəət 3,473 mln. manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 14 filialı, 38 bankomatı, 1095 POS-terminalı fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR