“AmrahBank”: Kapitalımız Azərbaycan Mərkəzi Bankının tələbinə cavab verir

“AmrahBank”: Kapitalımız Azərbaycan Mərkəzi Bankının tələbinə cavab verir
# 09 sentyabr 2014 13:08 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “AmrahBank” mənfəətini cari ilin sonuna qədər mənfəətini 8 mln. manata çatdırmağı hədəfləyir.

Bu barədə “APA-Economics”ə bankın İdarə Heyətinin üzvü, maliyyə departamentinin direktoru Nəcəf Cəfərli deyib.

Onun sözlərinə görə, 8 mln. manatlıq mənfəətin əldə olunması ötən ilin sonuna oln göstərici ilə müqayisədə ikiqat artım deməkdir.

Bəzi KİV-lərdə “AmrahBank”ın məcmu kapitalla bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) qoyduğu tələbi yerinə yetirməməsi ilə bağlı iddiaları şərh edən N. Cəfərli qeyd edib ki, yazılanlar həqiqəti əks etdirmir: “Bankımız məcmu kapitalı sentyabr ayının 1-nə 55 mln. manatdan çoxdur. Bu isə onu göstərir ki, “AmrahBank” Mərkəzi Bankın tələbini tam olaraq yerinə yetirir. Bank haqqında bəzi məlumatlar dərc olunarkən dezinformasiyaya yol verilib. “AmrahBank” uğurlu fəaliyyətini davam etdirir”.

Bank rəsmisi qeyd edib ki, bank hədəflərinə nail olmaq üçün qəbul etdiyi strateji planın reallaşdırılması istiqamətində son illərdə çox ciddi işlər görüb. Belə ki, “AmrahBank” 2012-ci ildə ölkənin bank sektorunda mənfəət dinamikliyinə görə lider olub. Həmin dövrdə bankın mənfəəti 2011-ci illə müqayisədə təxminən 5 dəfə artaraq 2,6 mln. manat təşkil edib.

Ötən il bankın mənfəəti 2012-ci illə müqayisədə 58% artaraq 4,1 mln. manat olub.

Cari ilin 8 ayının nəticələrinə görə isə bankın mənfəəti 4,5 mln. manat təşkil edib.

Hesabat dövründə bankın aktivləri 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 62% artaraq 173 mln. manat, bankda əmanətlərinin həcmi 63% artaraq 93 mln. manata çatıb.

Bankın ölkədə sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində dövlət siyasətinin tərkib hissəsi olan bank sektorunun mühüm iştirakçılarından biri kimi də sahibkarlığın inkişafı yönündə kredit siyasətinin uğurla davam etdirib. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə kredit portfeli 30% artıb.

Cari il ərzində bankın iki yeni filialı fəaliyyətə başlayıb. Beləliklə, bankın filiallarının sayı 24-ə çatıb.

Təcili pul köçürmələri üzrə bankın orta aylıq dövriyyəsi ötən illə müqayisədə 2 dəfədən çox artaraq 10 mln. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR