“Amrahbank”ın “Mastercard” plastik kartları “3D Secure” sisteminə qoşulub - FOTO

“Amrahbank”ın “Mastercard”  plastik kartları “3D Secure” sisteminə qoşulub - <span style="color: red;">FOTO
# 06 avqust 2015 08:25 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Amrahbank” ASC müştərilərinin təhlükəsizliyini düşünərək iyulun 29-dan etibarən Amrahbank “Mastercard” kartlarının sahiblərinə “3D Secure” sisteminə qoşulmaq imkanını yaradıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “3D Secure” - İnternet vasitəsilə aparılan əməliyyatlarda dələduzluq hallarından mühafizə və ödənişlərin təhlükəsizliyini təmin edən qabaqcıl bir texnologiyadır. Bu texnologiyanın iş prinsipi müştərinin autentifikasiyasının yalnız müştəriyə aid olan və kartın üzərində qeyd edilməyən xüsusi “3D” şifrəsi vasitəsilə “AzeriCard” prosessinq mərkəzinin mühafizə olunan səhifəsində aparılmasına əsaslanır. “3D Secure” təhlükəsizlik standartını dəstəkləyən saytlarda (bir qayda olaraq, “MasterCard Secure Code” loqotipi ilə işarələnir) mal və ya xidmətlər üçün ödəniş edən zaman müştəri “AzeriCard” səhifəsinə keçir, orada "3D" şifrəsini daxil edir və yalnız şifrənin təsdiqindən sonra ödəniş mümkün olur. Belə ki, plastik kartın özü və ya üzərindəki məlumatlar itirildikdə və ya oğurlandıqda kartın sahibindən başqa və ya onun xəbəri olmadan internet vasitəsilə əməliyyat aparıla bilməz.

“3D Secure” xidmətinə qoşulmaq üçün kart sahibləri qeydiyyatdan keçməlidir. Bunun üçün müştərilər istənilən bankomatın XİDMƏTLƏR menyusuna daxil olub, oradakı "İnternet Banking və 3D Secure üçün birdəfəlik parollar siyahısı" bölməsini seçməli və birdəfəlik şifrələrin qeyd edildiyi çeki çap etməlidirlər. “SMS-Xəbərdarlıq” xidmətinə qoşulmuş müştərilər qeydiyyat şifrəsinin mobil telefona göndərilməsini istəyirlərsə bu çeki çap etməyə bilərlər. Qeydiyyat “AzeriCard” səhifəsində “3DS ŞİFRƏSİNİ ƏLDƏ ET” bölməsində https://acs.3dsecure.az/way4acs/enroll?language=az link istifadə olunaraq aparılır.

Qeydiyyatdan keçəndən sonra, “3D Secure” proqramını dəstəkləyən internet-mağazada əməliyyatı uğurla tamamlamaq üçün, “3D” şifrəsinin daxil edilməsi tələb olunacaq. Bu şifrə, müştərinin seçiminə görə, üç üsulla əldə oluna bilər:

  1. "İnternet Banking və 3D Secure üçün birdəfəlik parollar siyahısı"ndan
  2. SMS vasitəsi ilə (“SMS Xəbərdarlıq” xidmətinə qoşulmuş müştərilər üçün)
  3. Qeydiyyat zamanı daxil edilmiş daimi şifrə

Qeyd edək ki, “3D Secure” xidməti pulsuzdur.

“Müştərilərimizin diqqətinə çatdırırıq ki, yaxın zamanlarda Amrahbank “VISA” kartlarının sahibləri üçün də bu xidməti aktiv ediləcək”,- deyə məlumatda vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR