«Amrahbank»ın «Qara Qarayev» filialı yeni ünvana köçüb

 «Amrahbank»ın «Qara Qarayev» filialı yeni ünvana köçüb
# 27 iyun 2013 13:12 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. «Amrahbank» ASC-nin «Qara Qarayev» filialı yeni ünvana köçüb.

«APA-Economics»in «Amrahbank»a istinadən verdiyi məlumata görə, bankın «Qara Qarayev» filialı artıq yeni Şirin Mirzəyev küçəsi,58 ünvanında fəaliyyət göstərəcək.

«Müştərilərin rahatlığı baxımından daha münasib yerdə yerləşən «Qara Qarayev» filialı təqribən 550 kv. metr sahəni əhatə etməklə, xüsusi tikilmiş iki mərtəbəli binada fəaliyyət göstərəcək. Müasir tələblərə cavab verən filial həm fiziki, həm də korporativ müştərilərə bütün bank xidmətləri, o cümlədən kreditlərin verilməsi, cari və əmanət hesablarının açılması, sürətli pul köçürmələri, «Visa», «MasterCard» tipli beynəlxalq plastik kartlar ilə əməliyyatlar, valyuta mübadiləsi, hesablaşma-kassa əməliyyatları və s. xidmətləri təklif edir», - deyə bankın məlumatında bildirilir.


Açılış mərasimində iştirak edən Müşahidə Şurasının sədri Yunis İldırımzadə son zamanlar Azərbaycanın bütün sahələrdə, o cümlədən bank sektorunun inkişafında əldə etdiyi uğurlardan, bunlardan bəhrələnən «Amrahbank»ın inkişaf tarixindən, bankın son dövrlərdə əldə etdiyi nailiyyətlərdən danışıb və «Amrahbank»ın həm müştəriləri, həm tərəfdaşları, həm də cəmiyyət üçün daha faydalı olacaqlarına inandığını söyləyib.

Qeyd edək ki, 1993-cü ildə təsis edilmiş «Amrahbank»ın hazırda 20 filialı və 2 şöbəsi fəaliyyət göstərir. Bankın filial şəbəkəsi paytaxtla yanaşı ölkənin Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı kimi regionlarını əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR