“Apamark” şirkəti maliyyə bazarı üçün yeni ikonlar təqdim edib

“Apamark” şirkəti maliyyə bazarı üçün yeni ikonlar təqdim edib
# 08 yanvar 2018 07:00 (UTC +04:00)

“Apamark” Marketinq və PR şirkəti bu dəfə qiymətli kağızlar bazarında öz müştərilərinə fərdi və korporativ xidmətlərini təklif edən PSG-Kapital İnvestisiya şirkətinin sifarişini icra edib. Sifariş əsasında “Apamark” şirkəti qarşı tərəf üçün yeni maliyyə ikonları hazırlayıb.

Şirkətin satış departamentinin rəhbəri Taleh Kərimovun sözlərinə görə, maliyyə bazarı üzrə ikonlar hazırlamaq o qədər də asan iş deyil: “Bu ikonların hazırlanmasında hər iki şirkət əməkdaşlarının böyük rolu oldu. Biz çox şadıq ki, qiymətli kağızlar bazarı ilə maraqlananlar üçün bir çox xidmət növlərini vizuallaşdırmağa çalışmışıq. Ümumilikdə tərəfimizdən sifariş əsasında 2D və 3D formatlarında 12 ikon hazırlanıb. İkonların üzərində olan rənglər PSG-Kapital İnvestisiya şirkətinin korporativ rəngləridir. Azərbaycan, İngilis və Rus dillərində hazırlanmış ikonlar, Apamark şirkəti tərəfindən hazırlanmış PSG-Kapital şirkətinin rəsmi internet səhifəsində də öz əksini tapmaqdadır”.

Qeyd edək ki, “Apamark” şirkəti bu yaxınlarda Azərbaycan Marketinq və PR sahəsinə öz töhfəsini verərək 26 ədəd yerli marketinq ikonlarının konseptini hazırlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR