“AtaBank”ın öhdəlikləri 16% artıb

“AtaBank”ın öhdəlikləri 16% artıb
# 29 yanvar 2018 14:50 (UTC +04:00)

“AtaBank”ın aktivlərinin həcmi 2017-ci ilin yanvarın 1-nə 625,861 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 32,45% çoxdur.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 14,14% artaraq 464,034 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 22,19% artaraq 329,409 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 284,499 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 24,89% artım deməkdir.

Hesabat dövründə bankın öhdəlikləri 16,15% artaraq 479,387 mln. manat olub.

Bir il ərzində bankın məcmu kapitalı 2,57 dəfə artaraq 141,453 mln. manat, nizamnamə kapitalı isə 2,4 dəfə artaraq 119,925 mln. manat təşkil edib.

Cari ilin dördüncü rübünü bank 362,329 min manat mənfəətlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR