“AXA MBASK” sığorta agentliklərinin dördüncü forumunu keçirib - FOTO

“AXA MBASK” sığorta agentliklərinin dördüncü forumunu keçirib - <span style="color: red;">FOTO
# 29 sentyabr 2014 07:42 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “AXA MBASK” sığorta şirkəti Qax rayonunda “Etibarlı və asan xidmət modeli” adlı sığorta agentliklərinin dördüncü illik forumunu keçirib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, üç gün davam edən forumda “AXA MBASK”la əməkdaşlıq edən sığorta agentliklərinin rəhbərləri və sığorta agentləri iştirak edib.

Forumun birinci günü yerli sığorta bazarının potensialına və mövcud problemlərinin müzakirəsinə həsr edilib.

İkinci gün iştirakçılara xaricdən xüsusi dəvət olunmuş ekspertlər satışlarla bağlı geniş treninqlər keçiriblər.

Forumda keçən ilin nəticələri, Azərbaycanda agent satışlarının genişləndirilməsi ilə bağlı məsələlər, sığorta agentliklərinin inkişafına dair planlar və stratejilər, agent şəbəkəsi vasitəsilə könüllü və icbari sığorta növlərinin satışı və əməliyyat proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər və layihələr müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR