“Bank of Baku” “Android” və “iPad” üçün mobil əlavələrini işə salıb

“Bank of Baku” “Android” və “iPad” üçün mobil əlavələrini işə salıb
# 15 avqust 2013 12:31 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Müştərilərin bank məhsul və xidmətlərindən daha rahat istifadəsini təmin etmək məqsədilə “Bank of Baku” “Android” və “iPad” üçün mobil əlavələrini işə salıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, artıq “Android” və “iPad” istifadəçiləri “Bank of Baku”-nun təqdim etdiyi məhsul və xidmətlərlə ətraflı şəkildə tanış olub müxtəlif əməliyyatlar həyata keçirə bilərlər.

“Android” və “iPad” sayəsində “Bank of Baku”nun onlayn bank xidmətləri mobil rabitə istifadəçiləri üçün daha yaxın olacaq. Bu mobil sistemlər ilə müştərilər valyuta məzənnəsi, kredit və əmənət şərtləri, kredit və əmanət kalkulyatoru, tarif və faiz dərəcələri, bankın filial və bankomatlarının ünvanı və xəritəsi ilə tanış ola biləcək. “Android” və “iPad” ilə istifadəçilər kreditin onlayn ödənişini və sifarişini edə bilərlər.

Eyni zamanda, “Bank of Baku”nun korporativ və sosial şəbəkə səhifələrini izləyib son bank xəbərlərindən məlumatlı olacaqlar. “Bank of Baku”nun “Android” üçün mobil əlavəsini bu keçiddən yükləmək olar: https://play.google.com/store/apps/details?id=az.jis.bob&hl=en

Xatırladaq ki, bir neçə ay öncə “Bank of Baku” “iPhone” üçün mobil əlavəni təqdim etmişdir və hazırda istifadəçilər bu əlavədən geniş faydalanır. Son altı ay ərzində “Bank of Baku”nun “iPhone” üçün mobil əlavəsi 3 000-dən çox dəfə yüklənib. Əlavəni buradan yükləmək olar: https://itunes.apple.com/az/app/bank-of-baku-mobile/id597796948?mt=8

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR