“Bank of Baku” “Bolkart” sahibləri üçün yeni kampaniya keçirir

“Bank of Baku” “Bolkart” sahibləri üçün yeni kampaniya keçirir
# 14 mart 2013 08:49 (UTC +04:00)

Bakı - APA-Economics. “Bank of Baku” qarşıdan gələn Novruz bayramı ilə əlaqədar “Bolkart” istifadəçiləri üçün nağd pul kampaniyasına start verir.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, 14-28 mart arasında kartdan pul çıxaran “Bolkart” sahibləri mayın 10-dək faizsiz ödəniş imkanı qazanır. Kart sahibləri balanslarındakı bütün məbləği nağdlaşdıra bilərlər. Nağdlaşdırmanın komissiya haqqı 3%-dir. Beləliklə, indi hər “Bolkart” sahibi Novruz bayramı planları üçün nağd pul imkanı əldə edir.

Xatırladaq ki, “Bolkart” kredit kartı alınan malın dəyərini 1, 3, 6 və 12 aya bölüb hissə-hissə ödəməyə imkan verir. “Bolkart”ı qısa müddət ərzində artıq 70 mindən çox şəxs əldə edib və bu rəqəm sürətlə artır. Bu gün “Bolkart”la ölkəmizin 600-dən çox dükan və ticarət mərkəzində alış-veriş etmək mümkündür.

“Bolkart”ı həm onlayn rejimdə - http://www.bolkart.az, həm də “Bank of Baku”nun hər hansı filialına baş çəkməklə sifariş etmək olar.

Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün “Bank of Baku”nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə http://www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR