“Bank of Baku” www.bolkart.az saytının rusdilli versiyasını istifadəyə verib

“Bank of Baku” www.bolkart.az saytının rusdilli versiyasını istifadəyə verib
# 18 iyul 2014 13:10 (UTC +04:00)

Bakı. Musa Əhmədov– APA-Economics. “Bank of Baku” www.bolkart.az saytının rusdilli versiyasını istifadəyə verib. Bankdan “APA-Economics”ə verilən məlumata görə, saytda istifadəçilər kartın aktiv kampaniyaları, axtarış sistemi, onlayn kalkulyator, yeni tərəfdaş şirkətlər, mağazaların reytinq səsverməsi, şəxsi kabinet və s. kimi funksiyardan faydalana bilərlər.

Hazırda “Bolkart” istifadəçiləri tərəfindən ən çox istifadə edilən xidmətlərdən biri şəxsi kabinet funksiyasıdır. Bu sistem vasitəsilə “Bolkart” sahibləri 24/7 iş rejimində alış-verişlərinə nəzarət edə bilirlər. Şəxsi kabinet vasitəsilə hesab qalıqlarının və hesab hərəkətlərinin izlənməsi rahatlıqla həyata keçirilir.

Qeyd edək ki, bu gün yüz minlərlə Azərbaycan vətəndaşı “Bolkart”dan geniş istifadə edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR