Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Bank Technique” ASC beynəlxalq ödəniş sistemi “MasterCard®” ilə Türkiyənin İstanbul şəhərində alış-veriş həvəskarları üçün yeni fürsətlər təklif edir.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu ayın sonuna kimi bankdan “MasterCard®” kartlarını alan istənilən müştəri həmin müddət ərzində İstanbul şəhərindəki “İstinye Park” alış-veriş mərkəzində və Nişantaşı rayonunun Abdi İpekçi prospektindəki butiklərdə alış-veriş edərkən unikal endirimlərdən faydalana biləcək.
“İstinye Park” alış-veriş mərkəzindəki “Bottega Veneta”, “Brunello Cucinelli”, “Dolce&Gabbana”, “Etro”, “Marc by Marc Jacobs”, “Moschino” butiklərində, “Beymen” multi-brendli mağazalar şəbəkəsində adıçəkilən brendlərlə yanaşı, “Armani Collezioni”, “Jimmy Choo”, “Balenciaga”, “Tod’s”, “Canali”, “Celine”, “Elie Saab”, “Christian Louboutin”, “Corneliani”, “Fendi”, “Ralph Lauren”, “DSQuaerd2, Kiton”, “Prada”, “Saint Laurent”, “Miu Miu”, “Michael Kors”, “Lanvin”, “Stella McCartney”, “Tory Burch”, “Dior”, “Emilio Pucci”, “Valentino”, eləcə də Abdi İpekçi prospektindəki “Tod’s” butikində ƏDV-dən azad (tax free), eləcə də 15% endirimli şoppinq fürsətini qaçırmamaq üçün “Bank Technique”in “Maestro”, “MasterCard® Standard”, “MasterCard®” “Gold”, “MasterCard® Platinum” və ya “MasterCard® Diamond” kartlarından birini almaq lazımdır.
Qeyd edək ki, “Bank Technique”dən “MasterCard®” brendli “Maestro” kartını 1 illik - 8 AZN (2 illik – 15 AZN, 3 illik – 21 AZN), “MasterCard® Standard” kartını 1 illik – 15 AZN (2 illik – 27 AZN, 3 illik – 39 AZN), “MasterCard® Gold” kartını 1 illik – 30 AZN (2 illik – 55 AZN, 3 illik – 75 AZN), “MasterCard® Platinum” kartını 1 illik – 70 AZN (2 illik – 125 AZN, 3 illik – 170 AZN), “MasterCard® Diamond” kartını isə 1 illik – 100 AZN-ə (2 illik – 180 AZN, 3 illik – 250 AZN) əldə edə bilərlər. “MasterCard® Platinum” və “MasterCard® Diamond” kartlarından istənilən birini alan müştərimizə isə hədiyyə olaraq, həm də “Priority Pass” kartı hədiyyə olunur.
Məlumat üçün bildirək ki, “Priority Pass” kartı – dünyanın bir çox aeroportlarındakı VİP-zallara buraxılış kartıdır. Aviabiletin sinfindən, səyahət nöqtəsindən, aviaşirkətlərin klublarına üzvlükdən asılı olmayaraq, “Priority Pass” Proqramında iştirak edənlər VİP-zalların üstünlüklərindən istifadə edəcək.