“Bank Technique”da əmanətlərin həcmi 34% artıb

“Bank Technique”da əmanətlərin həcmi 34% artıb
# 06 sentyabr 2013 14:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. KPMG beynəlxalq audit şirkəti “Bank Technique” ASC-nin bu ilin ilk yarım ili üçün audit hesabatını hazırlayıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 2013-cü il iyulun 1-nə bankın vergilər ödənilənədək mənfəəti 18,574 mln. manat olub. Qeyd edilir ki, 2012-ci ilin analoji dövründə bu göstərici 2,910 mln. manat olub, ötən ilin illik mənfəəti isə 5,196 mln. manat təşkil edib.

Məlumata görə, bu ilin 6 ayı ərzində bankda fiziki şəxslərin əmanətləri 36,931 mln. manat və ya 33,6% artaraq 146,945 mln. manat təçkil edib.

Audit hesabatında deyilir ki, bankın məcmu kapitalı 23,159 mln. manat və ya 76,8% artaraq 53,345 mln. manata çatdırılıb. Bu müddət ərzində bankın nizamnamə kapitalı 75,1 mln. manata çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR