“Bank VTB (Azərbaycan)”ın “Sahil” filialının bir yaşı tamam olur

“Bank VTB (Azərbaycan)”ın “Sahil” filialının bir yaşı tamam olur
# 18 may 2015 14:00 (UTC +04:00)

Bakı - APA-Economics. “Bank VTB (Azərbaycan)”ın “Sahil” filialı fəaliyyətinin bir illiyini qeyd edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, fəaliyyət göstərdiyi bu il ərzində filialın kredit portfelinin həcmi 10 mln. manatı keçib.

“Filialın fəaliyyətinin prioritet istiqamətlərindən biri korporativ müştərilərlə işdir. Belə ki, kredit portfelinin strukturunda əsas pay məhz korporativ müştərilərə ayrılan kreditlərin payına düşür – 8,3 mln. manat. Kredit strukturunda nağd və girovlu istehlak kreditləri populyar hesab olunur. Ümumi kredit portfelində nağd kreditlər 844 min manat, girovlu istehlak kreditləri isə təqribən 805 min manat təşkil edir”, - deyə məlumatda qeyd olunub.

Filial depozit portfeli üzrə də yüksək göstəricilər nümayiş etdirib. Hesabat dövründə əmanətlərin ümumi həcmi 6 mln. manat təşkil edib.

“Filialımızın fəaliyyətinin ilk nəticələrinə yekun vuraraq bildirmək istərdim ki, biznesin bütün seqmentləri üzrə sabit artım müşahidə olunub. Bu il ərzində biz həm fiziki, həm də hüquqi şəxslərə geniş spektrdə bank xidmətləri təqdim etmişik. Bİz nail olduqlarımızla kifayətlənmək niyyətində deyilik və müştərilərimizə yüksək xidmət göstərməkdə davam edəcəyik”, - deyə “Sahil” filialının direktoru Böyükağa Məmmədov bildirib.

Qeyd edək ki, “Bank VTB (Azərbaycan)” ASC “VTB Bank” ASC-nin törəmə bankıdır. “Bank VTB (Azərbaycan)” ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. “Bank VTB (Azərbaycan)” ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR