“DekaBank”ın aktivləri 15% azalıb

“DekaBank”ın aktivləri 15% azalıb
# 04 sentyabr 2014 08:30 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “DekaBank”in aktivlərinin həcmi 2014-cü ilin II rübündə 54,516 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 15,39% azdır.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 2,83% artaraq 53,550 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 8,585 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin iyul ayının 1-nə olan göstəriciyə nisbətən 35,08% azdır.

Hesabat dövründə bank tərəfindən ipoteka krediti verilməyib.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 73,78% artaraq 4,520 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 25,57% azalaraq 6,486 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 5,791 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 28,94% azdır.

Bir il ərzində bankın məcmu kapitalı 30,47% azalaraq 18,390 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməz qalaraq 23 mln. 985 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 23,64% artaraq 4,148 mln. manat, xərcləri isə təxminən 6,27 dəfə artaraq 10,527 mln. manata çatıb.

Cari ilin II rübündə bankın əldə etdiyi zərər 6 mln. 379,31 min manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 7 filialı, 3 bankomatı, 8 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR