“DəmirBank” İnformasiya Texnologiya layihələrinin güzəştli kreditləşməsini təklif edir

“DəmirBank” İnformasiya Texnologiya layihələrinin güzəştli kreditləşməsini təklif edir
# 07 avqust 2015 12:56 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “DəmirBank” ASC İnformasiya Texnologiya (İT) layihələrinin güzəştli kreditləşməsini təklif edir.

Bankdan “APA-Economics”Ə verilən məlumata görə, Bank İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaiti hesabına İT sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə kreditləşməsini həyata keçirir.

Fondun vəsaitləri İT sahəsində elmi tədqiqat və təcrübi-layihə işlərinin aparılması, innovativ layihələrin, yeni texniki, nümunəvi sınaq qurğularının, proqram təminatı vasitələrinin, informasiyanın qəbulu, emalı, təhlili və ötürülməsi sahəsində yeni xidmətlərin yaradılması və elmi tədqiqat işlərinin istehsalata tətbiqi, onların kommersiyalaşdırılması istiqamətləri üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə investisiya olunur.

Qeyd edək ki, layihə ilə bağlı ətraflı məlumatı ictfund.gov.az saytından əldən etmək mümkündür.

Ölkənin ilk kommersiya bankılarından olan “DəmirBank” ASC 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. “DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi : (012) 149

http://www.demirbank.az/?/az/

https://www.facebook.com/demirbank.az

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR