“DəmirBank”ın “Yığım” əmanətini təqdim edib

“DəmirBank”ın “Yığım” əmanətini təqdim edib
# 07 iyul 2014 09:17 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “DəmirBank” əmanət çeşidi sırasını genişləndirərək, yeni “Yığım” əmanətini müştərilərə təqdim edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, istənilən şəxs minimum 10 manat ilkin mədaxil edərək “DəmirBank” filiallarında əmanət hesabı aça bilər.

Maksimum 20 il müddətə açılan yeni əmanəti manat və ya ABŞ dolları ilə yerləşdirmək mümkündür. Əmanət məbləğinə illik 5% hesablanır.

“Yığım” əmanəti bir sıra üstünlüklərə malikdir: istənilən zaman əmanəti artırmaq imkanı, əmanət məbləğinin istənilən zaman cəriməsiz tam və ya qismən çıxarılması, müştərilərin gələcək maliyyə durumlarını sığortalanması, 3-cü şəxsin adına da açıla bilməsi və s.

Əmanət məbləği 10 000 manat və ya dolları keçməməlidir, keçdikdə müştərinin istəyi əsasında yığılmış məbləğ bankın digər müddətli depozit növlərindən birinə yerləşdirilə və ya götürülə bilər.

“Əmanət çeşidi” proqramı üzrə “DəmirBank” hazırda əhaliyə münasib şərtlərlə 4 əmanət növü təklif edir - “Göy”, “Sarı”, “Qırmızı” və “Uşaq”. Bank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür, bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin bankda yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR