“Expressbank” elektron arayış əsasında kredit təklif edir

“Expressbank” elektron arayış əsasında kredit təklif edir
# 12 may 2015 07:53 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Expressbank” Elektron Hökumət portalına qoşularaq, müştərilərə kreditləri elektron arayışla təklif edir.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, hazırda “Expressbank”ın bütün filiallarında e-arayışlardan istifadə etmək mümkündür.

Bu xidmət vasitəsilə vətəndaşlar vaxt itkisinə yol vermədən, banka getmədən onlayn rejimdə portala daxil olaraq, avtomatik formalaşan arayışı elektron şəkildə banka göndərə bilərlər. Elektron arayışı, həmçinin, “Expressbank” filiallarından da almaq olar. Banka gələn müştərilərə “Windows 8.1” əməliyyat sistemi üzərində işləyən planşetlər təqdim olunur və müştərilər bu planşetlər vasitəsilə elektron arayışlar əldə edə bilərlər.

Qeyd edək ki, “Expressbank” müştərilərə müxtəlif növ kreditlər təklif edir. Müştərilər “Expressbank” filiallarına müraciət etməklə, maksimum 36 ay müddətə kredit rəsmiləşdirə bilərlər.

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 6 500-dək POS-terminal və 200-dək “ExpressPay” ödəniş terminalı var.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 məlumat mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR