"Expressbank"ın mənfəəti artıb

"Expressbank"ın mənfəəti artıb
# 23 iyul 2014 11:41 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Exspressbank”in aktivlərinin həcmi 2014-cü ilin II rübündə 260,215 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 13,31% çoxdur.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 26,68% artaraq 187,685 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 63,296 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin iyul ayının 1-nə olan göstəriciyə nisbətən 70,53% çoxdur.

Bankın ipoteka kreditlərinin həcmi iyulun 1-nə 4,683 mln. manat olub ki, buda keçən ilin analoji dövrü ilə müqaisədə təxminən 3,71 dəfə çoxdur və kreditlərin hamısı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 6,39 dəfə artaraq 1,944 mln. manat olub ki buda ümumi kredit portfelinin cəmi 1,04% ni təşkil edir.

Bankın depozit portfeli 2014-cü ilin II rübündə 3,85% artaraq 104,479 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 47,914 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 39,93% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 8,82% artaraq 129,667 mln. manata çatdığı halda, nizamnamə kapitalı 10,43% artaraq 112,317 mln. 48 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 47,70% artaraq 23,048 mln. manat, xərcləri isə təxminən 59.35% artaraq 16,686 mln. manata çatıb.

Cari ilin ilk altı ayı ərzində bankın əldə etdiyi mənfəət 6 mln. 361,55 min manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 16 filialı, 73 bankomatı, 3 589 POS-terminalı fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR