“Günay Bank” öhdəliklərini 2,1 dəfə artırıb

“Günay Bank” öhdəliklərini 2,1 dəfə artırıb
# 11 yanvar 2018 12:55 (UTC +04:00)

“Günay Bank”ın aktivlərinin həcmi 2017-ci ilin IV rübündə 192,210 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 62,22% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 37% artaraq 139,499 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 2,23 dəfə artaraq 86,062 mln. manata bərabər olub. Öhdəliklərin həcmi isə 2,1 dəfə artaraq 131,931 mln. manat təşkil edib.

Hesabat dövrünün sonuna bankın məcmu kapitalı 60,210 mln. manat, nizamnamə kapitalı isə 64 mln. 910,09 min manat olub.

Bankın gəlirləri ötən ilin sonuna 15,418 mln. manat, xərcləri isə təxminən 8,114 mln. manat olub.

Ötən ili “Günay Bank” 4 mln. 99 min 399,78 manat xalis mənfəətlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR