“Kapital Bank” istehlak kreditləşdirməni sadələşdirib

“Kapital Bank” istehlak kreditləşdirməni sadələşdirib
# 15 avqust 2013 08:48 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın “Kаpitаl Bаnk” ASC istehlak kreditləşməsi sahəsində bir müddət əvvəl bazara təqdim olunan “Gündəlik tələbat kreditləri” növü üzrə əməliyyat prosedurları xeyli sadələşdirilib.

APA-Economics”in xəbərinə görə, bu barədə bankın məlumatında deyilir.

Məlumata əsasən, fiziki şəxslərə nağd pul formasında verilən bu krediti almaq indi daha da asan olub. Hazırda bu növ kreditlər 24 ay müddətinədək, maksimal 5 min manat olmaqla, illik 24%-lə verilir. Krediti almaq üçün yalnız şəxsiyyət vəsiqəsi kifayətdir. Pensiyaçılar istisna olmaqla digər borcalanlardan zamin tələb edilmir. Kredit cəmi 1 gün ərzində rəsmiləşdirilərək verilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR