“Moody’s” Azərbaycanın suveren kredit reytinqi üzrə proqnozu “stabil” saxlayıb

“Moody’s” Azərbaycanın suveren kredit reytinqi üzrə proqnozu “stabil” saxlayıb
# 30 yanvar 2018 09:48 (UTC +04:00)

“Moody’s” beynəlxalq reytinq agentliyi MDB ölkələrinin suveren kredit reytinqi üzrə proqnozu “stabil” saxlayıb.

APA-Economics” agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, proqnozun “stabil” olmasına səbəb 2014-2016-cı illəri əhatə edən iqtisadi şokdan sonra regionda neft qiymətlərinin sabitləşməsi və iqtisadi artımın sağlamlaşmasıdır.

Bildirilir ki, Azərbaycanın suveren kredit reytinqi “Ba2” səviyyəsindədir, o cümlədən proqnoz “stabil”dir. “Buna baxmayaraq, fiskal manevr əhəmiyyətli dərəcədə zəifləyib. Ölkənin borcları kəskin şəkildə artıb, faiz dərəcələri isə yüksəlib. Dünya bazarında neftin cari qiymətləri ticarət şərtlərinə təzyiq azaldıb. Fikrimizcə, orta müddətli dövrdə neftin bir barelinin qiyməti 40-60 dollar arasında dəyişəcək, bu isə gələcək illərdə neft ixrac edən ölkələrdə müvafiq artımı dəstəkləyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR