“Muğanbank” müştərilərinə “Cash by Code” xidmətini təqdim edib

“Muğanbank” müştərilərinə “Cash by Code” xidmətini təqdim edib
# 17 sentyabr 2014 08:45 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Muğanbank” müştərilərinə daha bir yeni xidmət – “Cash by Code” xidmətini təqdim edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Cash by Code” xidməti vasitəsi ilə hətta plastik kartı olmayan şəxslər bankomatdan pul vəsaiti əldə edə bilərlər.

Bankın plastik kart sahibləri istər ATM (bankomat), istərsə də Mobile Banking xidməti vasitəsi ilə “Cash by Code” əməliyyatını həyata keçirmək imkanına sahibdirlər.

Xidmətdən istifadə qaydaları çox sadədir. Plastik kart sahibi bankomatda “Cash by Code” xidmətini seçərək pulu alan şəxsin mobil nömrəsini və məbləği daxil edir. Pul vəsaitini əldə etmək üçün təqdim olunan müvafiq şifrənin bir hissəsi bankomatdan çek vasitəsi ilə, digər hissəsi isə pulu alan şəxsin mobil nömrəsinə göndərilən SMS vasitəsi ilə əldə edilir. Pulu alan şəxs 24 saat ərzində “Azericard” şəbəkəsinə daxil olan istənilən ATM-ə yaxınlaşaraq şifrənin hər iki hissəsini daxil edib göndərilən məbləği nağdlaşdıra bilər.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlayıb. Hal-hazırda bankın ölkə ərazisində 39 filialı və 8 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə və ya www.muganbank.az saytına, həmçinin https://www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl facebook səhifəsinə keçid ala bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR