“PAŞA Həyat” şirkəti üç bədbəxt hadisə üzrə 91 min manatdan çox sığorta ödənişi edib

“PAŞA Həyat” şirkəti üç bədbəxt hadisə üzrə 91 min manatdan çox sığorta ödənişi edib
# 19 sentyabr 2014 09:40 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Azərbaycanın ən iri həyat sığortaçısı olan “PAŞA Həyat Sığorta” ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti iri həcmli sığorta ödənişlərini həyata keçirib.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətinin “APA-Economics”ə verdiyi məlumata görə, ayrı-ayrı müəssisələrdə müxtəlif vaxtlarda istehsalat zamanı baş vermiş bədbəxt hadisələr (üç sığorta hadisəsi) ölümlə nəticələnib və bu hadisələrə görə, “PAŞA Həyat” tərəfindən ümumilikdə 91,652 min manat həcmində sığorta ödənişi edilib.

Zərərçəkmiş şəxslərin işlədiyi müəssisələrlə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, həmçinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması qaydası” tətbiq edilməklə vəfat etmiş şəxlərin ailələrinə müvafiq olaraq, 46,057 min manat, 23,347 min manat və 22,248 min manat həcmində ödənişlər verilib.

Qeyd edək ki, “PAŞA Həyat Sığorta” ASC tərəfindən cari ilin yanvar ayından indiyədək 2,110 mln. manat həcmində sığorta ödənişləri həyata keçirilib ki, bunun da 71%-i, yəni 1,5 mln. manatı istehsalatda bədbəxt hadisələrdən icbari sığorta növünün payına düşüb.

“PAŞA Holding” şirkətlər qrupunun üzvü olan “PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta növündən başqa, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları da təklif edir. Cari ilin sentyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 40,250 mln. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR