“Rabitəbank” fəaliyyətinin 22-ci illiyini qeyd edir - FOTO

“Rabitəbank” fəaliyyətinin 22-ci illiyini qeyd edir - <span style="color: red;">FOTO
# 30 iyun 2015 13:42 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 30 iyun 1993-cü ildə Azərbaycan Mərkəzi Bankının lisenziyası əsasında fəaliyyətə başlayan “Rabitəbank” ASC bu gün fəaliyyətinin 22-ci ildönümünü qeyd edir.

“Rabitəbank” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, 22 il ərzində bank ölkədəki filial şəbəkəsini genişləndirməklə yanaşı, müştərilərə göstərilən xidmət keyfiyyətini mütəmadi olaraq inkişaf etdirib, onların məmnuniyyəti və etibarını qazanmağa nail olub. Təsadüfi deyildir ki, “Rabitəbank” 2010-cu ildə “Standard and Poor's” şirkəti tərəfindən Azərbaycanın 5 ən şəffaf banklarından biri olaraq seçilib.

Kiçik və orta biznesin əsas tərəfdaşı kimi öz mövqeyini qoruyub saxlamaqda olan “Rabitəbank” bu illər ərzində yerli və beynəlxalq səviyyədə müxtəlif maliyyə qurumları ilə uğurlu əməkdaşlıq əlaqələri qurmuş, EBRD, İFC, WBC, İslam İnkişaf Bankı və digər investisiya şirkətləri ilə uzunmüddətli müqavilələr imzalayıb.

Hazırda “Rabitəbank” 641 nəfərdən ibarət işçi heyəti ilə Azərbaycanın əksər regionlarını əhatə edən 2 şöbə və 22 filial vasitəsilə kiçik və orta biznesin inkişafına öz töhfəsini verməklə yanaşı, eləcə də müştərilərə müxtəlif istiqamətlərdə maliyyə xidmətlərini göstərməkdə davam edir. Bank bu illər ərzində, işində yüksək peşəkarlıq, sadiqlik və komanda ruhu nümayiş etdirən yüzlərlə professionalı öz ətrafında birləşdirməyə də müvəffəq olub.

1993-cü ildən etibarən bu günə qədər 22 il ərzində “Rabitəbank” bir çox uğurlara imza atıb, əhatə dairəsini və müştəri bazasını ildən-ilə genişləndirib. 1 İyun 2015-ci il tarixinə olan maliyyə göstəricilərinə əsasən bank aktivlərini 340 mln. manat, kredit portfelini 224 mln. manata, kapitalını 63 mln. manata, depozitlərini isə 239 mln. manata qədər çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR