® "Synergy Group" ASC-nin Müşahidə Şurasının yeni sədri təyin edilib

<font color=red>® </font>"Synergy Group" ASC-nin Müşahidə Şurasının yeni sədri təyin edilib
# 19 sentyabr 2014 07:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın aparıcı investisiya qruplarından biri olan "Synergy Group" ASC-nin Müşahidə Şurasının yeni sədri təyin edilib.

"Synergy Group" ASC-dən “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ilin sentyabr ayından etibarən ASC-nin Müşahidə Şurasının sədri vəzifəsini Dəyanət Quliyev icra edir. Uzun illər rəhbər vəzifələrdə çalışmış D. Quliyev 2013-cü ilin fevral ayından cari ilin sentyabrınadək "AtaBank" ASC-nin İdarə Heyəti Sədrinin birinci müavini olub.

Azərbaycanın işgüzar aləmində qərbyönümlü biznes modeli qurmuş şirkət kimi tanınan "Synergy Group" yeni rəhbərliklə indiyə qədər əldə etdiyi uğurların üfüqlərini daha da genişləndirəcək, davamlı inkişafa hədəflənib və korporativ sosial məsuliyyət siyasətinə sadiq qalacaq. Bu məramı vurğulayan D. Quliyev qeyd edir ki, “Synergy Group” 2015-ci ilin yanvar ayında özünün ilk ciddi yubileyini - beş illiyini qeyd edir. Bu qısa müddətdə şirkət olduqca mühüm müvəffəqiyyətlərə və uğurlara imza atıb. Lakin "Synergy Group" özünün inkişaf dinamikasını daha da genişləndirməyə, qeyri-neft sektorunun və regionların sosial-iqtisadi inkişafına daha çox töhfələr verməyə qadirdir. Bu potensialdan istifadə olduqca zəruridir".

"Synergy Group" korporativ strategiyanın istiqamətləri olaraq üzv şirkətlərin səmərəliliyinin artırılması, peşəkar tərəfdaşların seçilməsi, intellektual və maliyyə kapitalının qoyuluşu, istedadlı kadrların inkişafı üçün müasir biznes mədəniyyətinin güclənməsi sahələrində səylərini maksimallaşdıracaq.

D. Quliyev vurğulayıb ki, şirkətin məqsədi ölkənin və regionun aparıcı investisiya qrupu olmaqdır: “Bizim hədəflərimiz "Synergy Group"un qeyri-neft sektorunda, xüsusilə də, sənaye, inşaat və tikinti materiallarının istehsalı, İKT və kənd təsərrüfatı sahələrində mövqelərini daha da gücləndirməkdir".

Şüarı "Davamlı gələcəyə doğru" olan Qrup Azərbaycanın davamlı gələcəyi üçün yorulmadan, əzmlə çalışmağa hazır komanda ilə sinerji şəklində fəaliyyət göstərərək ölkəmizin hər sahədə inkişafına töhfə verməyə davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR