“TBC Kredit” girovsuz kreditin məbləğini artırıb

“TBC Kredit” girovsuz kreditin məbləğini artırıb
# 20 avqust 2013 09:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən “TBC Kredit” bank olmayan kredit təşkilatı girovsuz kreditin məbləğini 15 000 manatadək artırıb. Təşkilatdan “APA-Economics”ə verilən məlumata görə, “Sərbəst kredit” adlı kredit istənilən məqsədə verilən girovsuz və zaminsiz kreditdir.

Minimum sənəd tələb olunan bu kredit müraciətinə 1 iş günü ərzində baxılır. Kredit 15 000 manatdan çox olmamaq şərti ilə müştərinin əmək haqqının maksimum 10 misli həcmində verilir.

Həmçinin, müştəri “TBC Kredit”də eyni zamanda 2-dən artıq kredit götürə bilər.

Xatırladaq ki, “TBC Kredit” bank olmayan kredit təşkilatı Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. Təşkilatın nizamnamə kapitalında 75% Gürcüstan “TBC Bank”ına, 25% isə ABŞ-ın “ShoreBank International”a məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR