“Unibank” “Albalı Plus” kartı alana 1000 manatadək 0% komissiyalı nağd kredit təklif edir

“Unibank” “Albalı Plus” kartı alana 1000 manatadək  0% komissiyalı  nağd kredit təklif edir
# 14 iyul 2014 13:20 (UTC +04:00)

Bakı - APA-Economics. “Albalı Plus” layihəsinin 2 yaşı münasibətilə “Unibank” kampaniyaya başlayıb.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Unibank”ın istənilən filialına müraciət edərək “Albalı Plus” kartı əldə etməklə, 1000 manatadək 0%  komissiyalı nağd kredit almaq mümkündür.

 

Avqustun 11-dək bankdan “Albali Plus” kartı alan müştəriləri lotereyada pul mükafatı qazanmaq şansı gözləyir. Uduş fondu ümumilikdə 21 000 manat olan lotereyada, 63 iştirakçı qalib elan ediləcək. Hər tirajda 1 nəfər 500 manat, 1 iştirakçı 300 manat, 3-cü qalib isə 200  manat pul mükafatı əldə edəcək.

 

İyulun 31-dək “Albalı Plus” kartları ilə 3 və daha yuxarı taksitli alış-verişlərə faizsiz əlavə 2 taksit hədiyyə olunacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR