“Unibank” bayramdan sonra gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Unibank” bayramdan sonra gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
# 07 avqust 2013 09:46 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Avqustun 8-9-da Ramazan bayramı ilə əlaqədar qeyri-iş günləri olduğunu nəzərə alaraq “Unibank” əhalinin bank xidmətlərinə tələbatını daha çevik ödəmək üçün bayramın sonrakı günü – avqustun 10-da gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bankın paytaxtdakı 11 saylı (“Dərnəgül”) və 16 saylı (“Baksovet”) filialları istisna olmaqla, bütün Bakı və bölgə filialları səhər saat 09:00-dan 18:00-dək müştərilərə xidmət göstərəcək. Bank əməliyyatları saat 17:00-dək aparılır.

Xatırladaq ki, “Unibank” kreditlər üzrə illik standart faiz dərəcələrini 3% aşağı salıb. “Unibank”da kreditin maksimal məbləği 7 500 manatadək artırılıb, müddət isə 48 ayadək uzadılıb. Üstəlik, “Unibank”dan kredit götürən hər kəsə bir çox imtiyazlar verən üzvlük kartı hədiyyə edilir.

Bankın sərfəli kredit məhsulları Azərbaycanın hər bir vətəndaşı üçün nəzərdə tutulub. Başqa banklara borcu olanlar belə, “Unibank”dan rahatlıqla kredit götürə bilər. Bankın istənilən filialına yalnız şəxsiyyət vəsiqəsi ilə yaxınlaşan müştəri 15-20 dəqiqə ərzində arayışsız və zaminsiz nağd kredit əldə edə bilir.

“Unibank”dan kredit götürmək üçün qeydiyyata, iş stajına və minimal əmək haqqı məbləğinə tələb yoxdur. Bank paytaxt və bölgələri əhatə edən 32 filialı ilə vətəndaşların xidmətindədir. Filiallar həftənin 6 günü səhər saat 9-dan 18:00-dək nahar fasiləsiz işləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR