“Unibank” ötən ili mənfəətlə başa vurub

“Unibank” ötən ili mənfəətlə başa vurub
# 19 yanvar 2018 14:40 (UTC +04:00)

“Unibank”ın aktivlərinin həcmi 2017-ci ilin IV rübündə 716,522 mln. manat təşkil edib. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 16% azalma deməkdir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, kredit portfelinin həcmi hesabat dövründə 280,086 mln. manat olub ki, bu da illik müqayisədə 34,35% azdır.

2017-ci il yanvarın 1-nə bankın depozit portfelinin həcmi 1,8% azalaraq 355,907 mln. manata, öhdəliklərinin həcmi isə 538,419 mln. manata bərabər olub.

Hesabat dövrünün sonuna bankın məcmu kapitalının həcmi 5,1% artaraq 68,230 mln. manat təşkil edib.

Qeyd edək ki, “Unibank” ötən ili 4,044 mln. manatlıq mənfəətlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR