“Vergi dostları” layihəsinin iştirakçıları ilə görüşlər keçirilib

“Vergi dostları” layihəsinin iştirakçıları ilə görüşlər keçirilib
# 02 avqust 2013 15:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Şirvan şəhərində “Vergi dostları” layihəsinin Sabirabad, Saatlı, Salyan, Hacıqabul, Neftçala və Şirvan rayonlarının ümumtəhsil orta məktəblərinin müəllimlərindən seçilmiş iştirakçıları ilə görüş keçirilib.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, tədbir iştirakçıları qarşısında çıxış edən vergilər nazirinin müşaviri Ələkbər Məmmədov ölkənin sosial-iqtisadi sahədə davamlı inkişafının təmin olunmasında həyata keçirilən vergi siyasəti, həmçinin 2013-2020-ci illərdə vergi sisteminin inkişaf strategiyası və modernləşdirilməsi, o cümlədən vergi ödəyicilərinə göstərilən xidmətlər və bu sahədə həyata keçirilən layihələr haqqında danışıb.

Vergi inzibatçılığının təkmilləşdirilməsində müasir informasiya texnologiyalarından geniş istifadə olunduğunu qeyd edən Ə.Məmmədov hazırda vergi orqanları tərəfindən vergi ödəyicilərinə 49 növ xidmətin göstərildiyini, yaxın gələcəkdə isə bu rəqəmin 57-yə çatdırılacağını bildirib.

Tədbir iştirakçılarına ərazi vergilər idarələrinin və vergi ödəyicilərinə xidmət mərkəzlərinin yerləşdiyi şəhər və rayon mərkəzləri istisna olmaqla, digər kənd və qəsəbələrdə “Vergi dostları” şəbəkəsinin yaradılması barədə geniş məlumat verilib. Qeyd olunub ki, “vergi dostu” olan şəxs yaşadığı ərazidə əhali arasında vergilərə dair məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini həyata keçirir, vergi sistemində tətbiq olunan elektron xidmətlər barədə vergi ödəyicilərini məlumatlandırır, uşaq və gənclərə vergilərin əhəmiyyətini izah edir. İndiyədək 700-dək “vergi dostu” təlim keçərək müvafiq sertifikatlar alıb. Gələcəkdə onların sayının 2000-ə çatdırılması nəzərdə tutulur.

Sonra 164 nəfər “vergi dostu” vergi orqanları ilə əməkdaşlıq barədə öhdəlik vərəqəsi imzalayıb, onlara üzvlük sertifikatı, “vergi dostu”nun yaddaş kitabçası, kompüterlər və data-kartlar təqdim edilib.

Tədbirdə Sabirabad, Saatlı, Salyan, Hacıqabul, Neftçala və Şirvan rayon icra hakimiyyətləri və təhsil şöbələrinin, sahibkarların ictimai təşkilatları və həmkarlar ittifaqlarının nümayəndələri, Vergilər Nazirliyinin və 5 saylı ƏVİ-nin rəhbər vəzifəli şəxsləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR