“Xalq Bank” ikinci rübü kəskin zərərlə başa vurub

“Xalq Bank” ikinci rübü kəskin zərərlə başa vurub
# 03 sentyabr 2014 12:18 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2014-cü ilin II rübündə “Xalq Bank”ın aktivlərinin həcmi 1 mlrd. 180,823 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 7,5% azdır.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 3,3% azalaraq 932,463 mln. manat olub.

Bankın ipoteka kreditlərinin həcmi iyulun 1-nə 58,197 mln. manat olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 36,1% çoxdur.

Depozit portfeli 2014-cü ilin yanvar-iyun ayları ərzində 14,6% azalaraq 741,170 mln. manat olub. Hesabat dövründə əhalinin əmanətlərinin həcmi isə 589,287 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 8,5% azdır.

Bir il ərzində bankın məcmu kapitalı 10,8% azalaraq 177,403 mln. manat olduğu halda, nizamnamə kapitalı 8,6% artaraq 183,693 mln. 18 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 42,2% artaraq 48,629 mln. manat, xərcləri isə təxminən 2,4 dəfə artaraq 74,243 mln. manata çatıb.

Bu ilin II rübünü bank 25 mln. 614 min manat zərərlə başa vurub.

Hazırda bankın ölkə üzrə 25 filialı, 41 bankomatı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR