Bakı - APA-Economics. “YapıKredi Bank”ın baş icraçı direktoru, “YapıKredi Bank Azərbaycan”ın Müşahidə Şurasının sədri Faik Açıkalın 2016-cı ildə qlobal proseslər fonunda bank sektorunda ciddi artım gözləmir.
“APA-Economics”in xəbərinə görə, İtaliyada jurnalistlərin suallarını cavablandıran F. Açıkalın bildirib ki, buna səbəb ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) qərarlarının bazarlara təsiri, o cümlədən başqa qlobal proseslərin baş verməsidir.
“Bu il strategiyamız daha gəlirli sahələrə fokuslanıb. Eyni zamanda mövcud bazar paylarımızı qorumaq da strateji hədəflərimizdəndir”, - deyə bankir qeyd edib.