«ABB-Gürcüstan» bankının aktivləri 57% artıb

«ABB-Gürcüstan» bankının aktivləri 57% artıb
# 16 may 2013 12:21 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının törəmə qurumu olan «ABB-Gürcüstan» bankının aktivləri 2013-cü il aprelin 1-nə 144,9 mln. lari (69,552 mln. manat) təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 56,7% çoxdur. Bu barədə «APA-Economics»ə Azərbaycan Beynəlxalq Bankından məlumat verilib.

Hesabat dövrü ərzində bankın kredit portfeli 50,3% artaraq 113,5 mln. lari (54,480 mln. manat), depozit portfeli isə 85,6% artaraq 106,6 mln. lari (51,168 mln. manat) təşkil edib.

Bankın xalis mənfəəti keçən ilin müvafiq dövrü ilə müqayisədə 199,3% artıb. Bu ilin aprelin 1-nə bankın nizamnamə kapitalı 22,7 mln. lari (10,896 mln. manat) təşkil edib.

Bankın hüquqi və fiziki şəxs olan müştərilərinin sayı son bir ildə 55,9% artaraq 2013-cü il aprelin 1-nə 1 792-yə çatıb.

Qeyd edək ki, «ABB-Gürcüstan» bankı 2006-cı ildə dövlət və vergi qeydiyyatından keçib, 2007-ci ilin fevralında Gürcüstan Milli Bankından bank əməliyyatları üçün lisenziya alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR