«ABB-Moskva» bankı Rusiyanın ən mənfəətli banklarının renkinqində 149-cu yeri tutub

«ABB-Moskva» bankı Rusiyanın ən mənfəətli banklarının renkinqində 149-cu yeri tutub
# 06 mart 2013 10:20 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyadakı törəmə qurumu olan «ABB-Moskva» bankı RBC agentliyi tərəfindən Rusiyanın ən mənfəətli banklarının renkinqində 149-cu yeri tutub. «APA-Economics»in xəbər verdiyi kimi, renkinqdə ümumilikdə 842 bank yer alıb.

Nəticədə, «ABB-Moskva» bankı 2012-ci ili 281,4 mln. rubl (7,2 mln. manat) həcmində mənfəətlə başa vurub, bu isə 2011-ci ilə yekunlarına nisbətən 2,3 dəfə çoxdur.

Qeyd edək ki, RBC-nın xalis aktivlər üzrə hazırladığı renkinqdə «ABB-Moskva» 134-cü yeri tutub.

Mənfəət üzrə renkinqə 344,4 mlrd. rubl (8,8 mlrd. manat) göstəricisi ilə «Sberbank» başçılıq edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR