«Access Bank» əmanətlər üzrə faiz dərəcələrini artırıb

«Access Bank» əmanətlər üzrə faiz dərəcələrini artırıb
# 13 mart 2013 09:53 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «Access Bank» QSC yeni bahar kampaniyasına başlayıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, kampaniya çərçivəsində fiziki şəxslər üçün əmanətlər üzrə faiz dərəcələri 2% artırılıb.

Kampaniya müddətində manat əmanətləri üzrə maksimal illik faiz dərəcəsi 12%, ABŞ dolları ilə yatırılan əmanətlər üzrə isə 10% təşkil edəcək. Kampaniya aprelin 5-dək davam edəcək.

Kampaniyanı şərh edən «Access Bank»ın Pərakəndə bankçılıq və əməliyyat Departamentinin direktoru Anar Həsənov deyib ki, «Access Bank» fəaliyyətə başladığı ilk gündən etibarən istehlakçıların tələbatlarını maksimal səviyyədə nəzərə almağa çalışıb: «Həmçinin, müştərilərin biznesinin inkişafı və əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq üçün daha əlverişli şərait yaratmağa cəhd etmişik. Cəmi 10 illik fəaliyyəti müddətində «Access Bank» öz müştəriləri üçün etibarlı, əlverişli və sabit tərəfdaş olmağa müvəffəq olub və yerli bazardakı mövqeyini möhkəmləndirərək ölkənin ən yaxşı 10 bankı sırasına daxil olub».

«Access Bank» Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və banka yatırılan bütün əmanətlər avtomatik olaraq Fondun şərtlərinə uyğun olaraq sığortalanır.

Qeyd edək ki, Fond tərəfindən maksimal illik faiz dərəcəsi 12% olan əmanətlər sığortalanır. Hazırda Bankın əmanət portfeli ötən illə müqayisədə 18 mln. dollar artaraq 225 mln. dolları ötüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR