«Access Bank» nağd kreditlərin faiz dərəcələrini azaldıb

«Access Bank» nağd kreditlərin faiz dərəcələrini azaldıb
# 14 mart 2013 13:28 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «Access Bank» QSC «Nağd Kreditlər» üzrə illik faiz dərəcələrini 3% endirib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bundan əlavə, kreditin məbləği 5 min manatdan 10 min manatadək artırılıb, kreditin müddəti isə 3 ilədək uzadılıb.

Faiz dərəcələrinin aşağı salınmasından sonra banka ilk dəfə müraciət etmiş müştərilər illik 33%, təkrar müştərilər isə illik 29% dərəcəsi ilə «Nağd kredit» ala bilərlər. Xüsusilə qeyd etmək lazımdır ki, «Access Bank» kreditin verilməsi prosedurasını sadələşdirərək girov tələb etmir, həmçinin krediti iş yerindən arayış təqdim etmədən də almaq mümkündür.

«Access Bank»ın Pərakəndə bankçılıq və əməliyyat Departamentinin direktoru Anar Həsənov bu kampaniyanı şərh edərək deyib ki, bu növ kredit üzrə faiz dərəcələrinin azaldılması daha çox sayda insana öz planlarını həyata keçirmək üçün imkan yaradır.

Hazırda ölkədə kreditləşmə liderlərindən biri olan «Access Bank» müştərilərə müxtəlif növ kreditlər (mikro və kiçik biznes kreditləri, aqrar kreditləri və bütün növ istehlak kreditləri) təklif edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR