«Atabank» bu il əsas maliyyə göstəricilərini 15-20% artırmağı planlaşdırır

«Atabank» bu il əsas maliyyə göstəricilərini 15-20% artırmağı planlaşdırır
# 01 mart 2013 14:07 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Atabank» ASC 2013-cü ilin yekunlarına görə əsas maliyyə göstəricilərini təxminən 15-20% artıracağını proqnozlaşdırır. «APA-Economics»in xəbər verdiyi kimi, bunu bankın İdarə Heyətinin sədr müavini Etibar Babaşlı bəyan edib.

Qeyd edək ki, 2013-cü il yanvarın 1-nə bankın aktivləri 287,559 mln. manat, kredit portfeli 188,485 mln. manat, depozit portfeli 243,481 mln. manat, əhalinin əmanətləri 159,254 mln. manat, məcmu kapitalı 31,012 mln. manat, nizamnamə kapitalı 27,986 mln. manat təşkil edib.

E.Babaşlının sözlərinə görə, həmçinin bank 2013-cü ildə 2-si Bakıda olmaqla, 3 yeni filial açmağı və 8 bankomat quraşdırmağı planlaşdırır. Bundan əlavə, bu ilin ikinci yarısında «Atabank» Bakının mərkəzində elektron şöbənin yaradılmasını nəzərdə tutur ki, burada bir sıra bank xidmətləri avtomatlaşdırılmış rejimdə göstəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR